ООО TƏMİR TİKİNTİ TƏCHİZAT 

Баку

ООО TƏMİR TİKİNTİ TƏCHİZAT 

Təmir Tikinti Təchizat MMC şirkəti olaraq 2006-cı ildə öz fəaliyyətinə başlayıb. Həmin dövr, şirkət Baku Roofing Company adlanırdı və müştərilərə xidmət olaraq, dam sistemlərinin satışını həyata keçirirdi. Şirkətin fəaliyyət sahəsi zamanla dəyişdi. Bu gün komanda olaraq fəaliyyətəmiz  SMİ (Sənaye-Mülki Inşaat) və KAİ (Kottec və Azmərtəbəli İnşaat) izolyasiya sistemlərinin multikompleks təchizatı sahəsindədir. Əsas istiqamətimiz – təməl, fasad və dam sistemlərinin izolyasiyasıdır.

Biz TexnoNikol, Rockwool, İzocam, Bitumast, Lohmann, Kalevala, Kronospan, Fibraizol, Penopleks, Payteks, Amex, Kreisel, Tyvek və digər bu kimi dünya brendlərinin  distributorluğunun daşıyıcısıyıq. Beynəlxalq brend olaraq 50-dən artıq şirkət təklif portfelinə daxildir və bu say daima artmaqda davam edir.

Paytaxt  Bakıda 8 mağazamız, Quba şəhərində 1 filialımız, 2000 kv.m-lik anbarımız, 2 “gəzən” dükanımız və satış üzrə 25 təcrübəli menecerimiz fəaliyyət göstərir. 
Biz işlədiyimiz müddət ərzində Azərbaycanın ən mühüm və dəyərli tikinti obyektləri olan – Crystal Hall, Baku White City, SOCAR və.s. üzrə material tədarükünü təşkil etmişik.

TTT.az –materialları, texnologiyaları və sistemləri diqqətlə seçərək daima araşdırma edən və yeni həllər təklif edən sertifikatlaşdırılmış mütəxxəsis və mühəndis komandasıdır.

Bizim məqsədimiz: İzolyasiya sənayesinin lideri olmaqdır.

Bizim vəzifəmiz: Müştərilərin tələbatlarını təmin edərək sənaye üzrə novator olmaq, sabit və etibarlı partnyor kimi qalaraq daima yüksəlməyə can atmaqdır!